MƏDƏNİYYƏT

Azərbaycan beynəlxalq festivalda uğur qazanıb

“Terres" festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilir
Sputnik

 

BAKI, 8 may — Sputnik. Azərbaycanın yeni turizm brendi “Bir daha bax” (“Take another look”) şüarı əsasında hazırlanan tanıtım videoçarxı İspaniyanın Tortosa şəhərində keçirilən “Terres Festival 2019”da təltif edilib. Azərbaycan Turizm Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, videoçarx “Turizm kommunikasiyası” kateqoriyasının ölkələrə görə “Turizm destinasiyası” nominasiyası üzrə 2-ci yerlə mükafatlandırılıb.

Məlumat üçün bildirək ki, “Terres" festivalı dayanıqlı inkişaf və təbiət turizmi üzrə filmlər və videoçarxlar arasında keçirilməklə İspaniyanın təbiətinin biomüxtəlifliyinə görə YUNESKO-nun qorunan irs siyahısına əlavə edilən Terres de I’Ebre regionundakı Tortosa şəhərində təşkil olunur.Zeytun ağacından hazırlanmış, festivalın əsas simvolu hesab olunan, dayanıqlılıq, dəyərlər və insanla təbiət arasında əlaqəni özündə ehtiva edən mükafat Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin nümayəndəsinə təqdim olunub.