CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Respublikanın ən savadlıları müəyyən ediləcək

Mayın 25-də saat 09:00-da Bakı şəhəri İ. Əfəndiyev adına Elitar gimnaziyada RFO respublika mərhələsinin final turu təşkil olunacaq
Sputnik

BAKI, 8 may — Sputnik. Respublika Fənn Olimpiadalarının final turu keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, 25.05.2019-cu il tarixində saat 09:00-da Bakı şəhəri İ.Əfəndiyev adına Elitar gimnaziyada RFO respublika mərhələsinin final turu təşkil olunacaq.

Final turunda, yarımfinal turunun nəticələrinə əsasən yüksək nəticə göstərmiş şagirdlər aşağı və yuxarı yaş qrupu olmaqla iki kateqoriyada olimpiadaya cəlb ediləcəklər. Olimpiadada müvafiq fənlərə uyğun olaraq aşağı yaş qrupu üzrə 24, yuxarı yaş qrupu üzrə 48 nəfər şagird olmaqla, 533 nəfər şagird iştirak edəcək.