Türkiyə Ali Seçki Qurumu martın 31-də İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyinə keçirilən seçkilərin nəticələrinin ləğvi barədə qərar qəbul edib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, bu qərar Türkiyədə siyasi gərginliyi daha da artıracaq:
“Yenidən bir aylıq seçki kampaniyası olacaq. Ancaq hakim partiya namizədinin bu dəfə qələbə qazanacağını bilmək olmaz. İndiki vəziyyətdə Əkrəm İmamoğlu əzilmiş kimi görünür və Türkiyə xalqı da əzilmişləri sevir. O da ehtimal olunur ki, hakim partiya seçkiyə fərqli namizədlə qatıla bilər”.
Politoloqun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz