SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənilər Xocalı yürüşünə görə rusiyalı deputatdan "qisas" aldılar

Bu il martın 6-da Ermənistan parlamentinin deputatları fiqurlu konkisürən İrina Rodninanın adını daşıyan idman məktəbinin adının dəyişdirilməsini təklif ediblər
Sputnik

BAKI, 8 may — Sputnik. Yerevan Ağsaqqallar Şurası müxalif fraksiyanın təklifi ilə Olimpiya çempionu İrina Rodninanın adına fiqurlu konkisürmə və hokkey məktəbinin adını dəyişib. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Yerevan meriyasının mətbuat katibi Akop Karapetyan bildirib.

XİN: "Zaman Ermənistana qarşı işləyir"

"Yerevan Ağsaqqallar Şurası böyük səs çoxluğu ilə İrina Rodnina adına fiqurlu konkisürmə məktəbinin adının Yerevan fiqurlu konkisürmə və xokkey məktəbi ilə dəyişdirilməsinə səs verib", - deyə Karapetyan öz "Facebook" səhifəsində yazıb.

Layihəni "Luys" fraksiyası hazırlayıb və o məktəbin sponsoru da daxil olmaqla bütün maraqlı tərəflər arasında müzakirə olunub. Ermənistan paytaxtında məktəb və küçə adlarına Ağsaqqallar Şurası nəzarət edir.

Qeyd edək ki, bu il martın 6-da Ermənistan parlamentinin deputatları fiqurlu konkisürən İrina Rodninanın adını daşıyan idman məktəbinin adının dəyişdirilməsini təklif ediblər.

Həmin vaxt Ermənistanın "Jamanak" qəzeti yazırdı ki, bəzi deputatlar 2015-ci ildə məktəbə İ.Rodninanın adının verilməsinə dair qəbul olunan qərarın dəyişdirilməsi üçün Yerevan Ağsaqqallar Şurasına müraciət etmək niyyətindədirlər.

Qeyd olunurdu ki, belə bir addımın atılmasına səbəb İ.Rodninanın Bakıda fevralın 26-da Xocalı soyqırımının ildönümü münasibəti ilə keçirilən yürüşdə iştirak etməsi olub.

Xatırladaq ki, fevralın 26-da Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib. Yürüşdə Rusiya Dövlət Dumasının deputatları Oksana Puşkina, Dmitri Savelyev və İrina Rodnina da iştirak ediblər.