MƏDƏNİYYƏT

Ədalət Şükürov "Modern Talking"in əfsanəvi ifaçısına hədiyyə verib

Azərbaycanın əməkdar artisti Ədalət Şükürov Bakıya qonaq gələn dünya şöhrətli müğənni Tomas Andersə öz albomunu hədiyyə edib.
Sputnik

BAKI, 7 may — Sputnik. Azərbaycanın əməkdar artisti Ədalət Şükürov Bakıya qonaq gələn dünya şöhrətli müğənni Tomas Andersə öz albomunu hədiyyə edib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Ədalət Şükürov bu barədə Instagram sosial şəbəkəsindəki səhifəsində Anderslə birgə şəklini paylaşaraq yazıb.

"Bu gün Bakıya gələn əfsanəvi qonağımız Tomas Anderslə. Sonuncu dəfə keçən il Moskvada tədbirdə görüşmüşdük" - Şükürov yazıb.

Tomas Anders mayın 7-də Heydər Əliyev Mərkəzinin səhnəsində solo konsert vermək üçün Bakıya gəlib.

O, 80-ci illərdə həmin dövrün ən məşhur musiqi qruplarından biri olan "Modern Talking"in tərkibində oxuyub. Müğənninin "You're My Heart", "You're My Soul" sinqlları 81 ölkənin hit-paradlarında 1 nömrə olub. Qrup dağılandan sonra Anders solo karyerasını başlayıb.

"Modern Talking"in və müğənninin solo albomları dünyada 125 min nüsxə satılıb. Onun çox sayda musiqi mükafatları, eləcə də qızıl və platin diskləri var.