RUSİYA

Putin Rusiyanın Ermənistandakı aviabazasının komandiri barədə fərman verdi

Aleksandr Petrov Ermənistanda yerləşən "Erebuni" aviabazasının komandiridir
Sputnik

BAKI, 7 may — Sputnik. Ermənistanın Rusiyadakı aviabazasının komandiri, polkovnik Aleksandr Petrova "Rusiya Federasiyasının əməkdar hərbi pilotu" rütbəsi verilib. Sputnik Ermənistan xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Qeyd edək ki, Aleksandr Petrov Ermənistanda yerləşən "Erebuni" aviabazasının komandiridir. "Erebuni" aerodromu bütün tərəflərdən 3.5-5 min metr hündürlükdə dağlarla əhatə olunub.

Rusiya aviabazası 1995-ci ildən Ermənistanda fəaliyyət göstərir.