Hərbi ekspert Belarus-Azərbaycan hərbi yaxınlaşmasının səbəblərindən danışır

Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyən qüvvələr olsa da, Belarus Azərbaycana olan səmimi münasibətini saxlayır
Sputnik

Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib. Müdafiə Nazirliyindən verilən məlumata görə, rəsmi səfər Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun dəvətilə baş tutub.

Hərbi ekspert Üzeyir Cəfərov Sputnik Azərbaycan-a deyir ki, Belarus Azərbaycanın çətin vaxtlardakı yardımını heç vaxt unutmur:

“Ölkələr arasında hərbi əməkdaşlıq da ən yüksək səviyyədədir. Azərbaycan Belarusdan hər zaman isti münasibət görüb. Belarus Azərbaycana hərbi texnika satmaqda heç vaxt tərəddüd etməyib. Bu ölkə bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də Azərbaycanla əməkdaşlıq etməyə maraqlıdır. Zaman-zaman ölkələrimiz arasında münasibətlərə zərər vurmaq istəyən qüvvələr olsa da, Belarus Azərbaycana olan səmimi münasibətini saxlayır. Bəzi qüvvələr Azərbaycan və Belarus arasındakı əməkdaşlığa qısqanclıqla yanaşır, Azərbaycan ordusunun güclənməsini istəmirlər. Ancaq Azərbaycan bu məsələdə qətiyyətlidir və bu proseslər gələcəkdə də davam etdiriləcək”.

Üzeyir Cəfərovun geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz