BAKI, 7 may — Sputnik. Birləşmiş Ştatların hərbi sahədə şübhəsiz üstünlüyü tarixdə qalıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı "Foreign Policy" nəşri yazıb.
Nəşr yazır ki, Birləşmiş Ştatlar Rusiya və Çinlə növbəti müharibədə məğlub olmaq riski ilə üzbəüzdür. ABŞ öz müdafiə sisteminə yanaşmanı dəyişməsə milli maraqlarına ciddi şəkildə təsir edə biləcək böhranla qarşılaşa bilər.
Pentaqonun 2018-ci ildə milli müdafiəsi üzrə strategiyasında bu kurs artıq dəyişilib. İndi prioritet terrorizmlə mübarizə deyil, böyük dövlətlərlə rəqabətdir.
Rusiya, xüsusi ilə də Çin yeganə ölkələrdir ki, həqiqətən də Vaşinqtonun tərəfdaşlarını işğal edə və işğal altında saxlaya bilər. Nəşr yazır ki, potensial münaqişəyə dərhal hazırlaşmağa ciddi yanaşmaq lazımdır.
Materialda qeyd olunur ki, sonuncu dəfə ABŞ belə bir döyüşə 1980-cı illərdə hazırlaşıb, 1940-cı illərdə isə mübarizə aparıb.