CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ramazan ayının əhəmiyyəti nədədir - ilahiyyatçı danışır

İlahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyir ki, Ramazan ayı boyunca bəzi şeylərdən uzaq durmaqla, digər 11 ayın sədəqəsini verirlər
Sputnik

“Ramazan ayının bizim həyatımızda əhəmiyyətli rolu var”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında ilahiyyat üzrə fəlsəfə doktoru Qoşqar Səlimli deyib. O bildirib ki, insanlar Ramazan ayı boyunca bəzi şeylərdən uzaq durmaqla, digər 11 ayın sədəqəsini verirlər:

“Bu ibadət bir mənada Allaha təşəkkür etməkdir. Ramazan bayramı insanların bir-birinə daha da yaxınlaşmasına şərait yaradır. Ramazan insanların birləşməsinə, onların arasında ünsiyyətin qurulmasına səbəb olur”.

Qeyd edək ki, Ramazan ayı iyunun 5-də başa çatacaq. Nazirlər Kabinetinin qərarına əsasən, iyunun 5, 6-sı Azərbaycanda Ramazan bayramı qeyd ediləcək və iki gün tətil olacaq.

İlahyyatçı Qoşqar Səlimlinin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz