“Qəzzanı işğal etməliyik” – İsrailli nazirdən qalmaqallı açıqlama

“Bu mümkün addımlardan biridir, lakin nəticəsi ağır ola bilər”
Sputnik

BAKI, 6 may — Sputnik. İsrail və Fələstin Qəzza sektorunda atəşkəs barədə razılığa gəlib. Bu barədə Sputnik Azərbaycan "Jerusalim Post"a istinadən xəbər verir. 

Atəşkəs Misirin vasitəçiliyi ilə əldə olunub. Atəşkəs rejimi 6 may saat 5:30 radələrindən qüvvəyə minib. Məlumatı "HƏMAS" hərəkatına məxsus olan telekanal da təsdiqləyib.

İsrail Suriyanı bombaladı, iranlı hərbiçilər öldü

Bu arada İsrail Nazirlər Kabinetinin iclasından sonra yayılan məlumatda İsrail ordusuna növbəti əməliyyatlar üçün hazırlıq təlimatının verildiyi bildirilib.

"Jerusalem Post" nəşrində yer alan məlumatlara görə, bəzi israilli siyasətçilər Baş Nazir Binyamin Netanyahunun atəşkəs haqqında qərarına sərt reaksiya veriblər. Belə ki, İsrailin İnfrastruktur, Enerji və Su qaynaqları naziri Yuval Steinitz ölkədə yayımlanan radio kanallarından birinə verdiyi açıqlamada "HƏMAS-dan qurtulmaq üçün Qəzzanı işğal etməliyik. Bu mümkün addımlardan biridir, lakin nəticəsi ağır ola bilər" deyib.

Qeyd edək ki, son iki gün ərzində İsrail aviasiyasının Qəzza zolağına endirdiyi zərbələr nəticəsində 18 fələstinli həlak olub. İsrail tərəfdən isə 4 israilli həlak olub, 234-ü yaralanıb.