Qadın canlı yayımda şoka düşdü

Britaniyalı qadın öz başına elə oyun açıb ki...
Sputnik

BAKI, 6 may — Sputnik. İngiltərəli "Youtube" fenomeni Poppi Qasson canlı yayında qaşlarını itirib. Sputnik Azərbaycan axsam.az-a istinadən xəbər verir ki, qadın Çindən qaş boyası sifariş edib.

Qadın canlı yayımda şoka düşdü

O, canlı yayımda izləyicilərə aldığı boyanın nə cür təsirli olduğunu göstərmək istəyib. Rəngi çəkdikdən 30 dəqiqə sonra silən qadın heyrətə düşüb. Onun qaşları, tamamilə tökülüb.

Çin dilində bilməyən Poppi vaxtı düzgün seçmədiyi üçün qaşlarından olub. İzləyicilər ona döyməni 30 dəqiqə deyil, 5 dəqiqə boyunca saxlamalı olduğunu bildiriblər.