SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

XİN-dən gürcü gənclərin sərsəm ideyasına maraqlı reaksiya

XİN gürcü gənclərin "David Qareci" kompleksi ərazisində patrul xidməti təşkil edəcəyi barədə məlumatları şərh edib
Sputnik

BAKI, 6 may - Sputnik. "Bundan öncə dəfələrlə qeyd etdiyimiz kimi, Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyasi prosesinin ən qısa zamanda başa çatmasının tərəfdarıdır".

Bunu ONA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bir qrup gürcüstanlı gəncin mayın 7-dən "David Qareci" monastır kompleksi ərazisində patrul xidməti təşkil edəcəyi barədə məlumatlara münasibət bildirərkən deyib.

L. Abdullayeva qeyd edib ki, bu proses nə qədər tez yekunlaşarsa, hər iki tərəf üçün bir o qədər yaxşıdır.

Qeyd edək ki, Gürcüstanın "Güc və birlik" hərəkatının fəalları mayın 7-dən Azərbaycanla sərhəddə yerləşən "David Qareci" monastır kompleksi ərazisində patrul xidməti təşkil edəcəklərini bəyan edib. Onlar qeyd ediblər ki, məqsədləri Azərbaycan sərhədçilərinin monastıra gedən yolu bağlamasına mane olmaqdır.