BAKI, 6 may — Sputnik. Binəqədi rayonu, Binəqədi şosesi ilə Bakı Beynəlxalq Avtovağzalı birləşdirən və 6 km uzunluğa malik avtomobil yolu yenidən qurulub. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məkumat verilib.
Bildirilib ki, Biləcəri dairəsində və dairəyə birləşən yollarda sıxlığın azaldılması istiqamətində Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında hərəkətin təşkilində müəyyən dəyişikliklər edilib, mövcud dairə genişləndirilib, yeni təhlükəsizlik adacıqları yaradılıb.
Səki və təhlükəsizlik adacıqlarına 6 min kv.m-ə yaxın bəzək daşları düzülüb, yeni üfiqi nişanlanma xətləri çəkilib, 20 min kv.m-ə yaxın sahədə yeni yol infrastrukturu yaradılıb.