CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ana ölümlərinin sayı azalıb

"Bu ilin dörd ayında isə 8 ana ölümü baş verib"
Sputnik

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 6 may — Sputnik. “2017-ci ildə 21, 2018-ci ildə 17 ana ölümü baş verib. Ötən il ana ölümləri 1,24 faiz təşkil edib”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında respublikanın baş ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, illər boyu ana ölümləri ilə bağlı faiz repsublikada 2,5, 2,2, 2,1 olub: “Lakin son illərdə bu rəqəmlərdə də azalma olub. Ana ölümləri ilə bağlı faizdə ilk dəfə olaraq 2015-ci ildə azalma olub. Həmin ildə faiz 1,35 olub”.

“Bu ilin dörd ayında isə 8 ana ölümü baş verib. Bu rəqəm isə ötən illə müqayisədə eynilik təşkil edib" - deyə o vurğulayıb.

Baş ginekoloqun sözlərinə görə, ana ölümlərində əsas rol oynayan preeklampsiya xəstəliyi yaz-yay aylarında daha da aktivləşir: "Bunun da əsas səbəbi o vaxtlarda qanın durulması ilə əlaqədardır”.