Yaxın Şərqdə yenə qan su yerinə axıdılır

Ölənlərin sayı 9-a çatıb, 80-dən artıq yaralı var
Sputnik

BAKI, 5 may — Sputnik. İsrail ordusu Qəzza bölgəsinə raket zərbələri endirməyə davam edir. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, avizərbələr nəticəsində daha iki fələstinli həlak olub.

Dünən isə 7 nəfər həyatını itirmişdi. Hazırda 80 nəfərdən artıq yaralı fələstinli xəstəxanalara daşınıb. Ölənlər arasında 14 aylıq uşaq və onun hamilə anasının da olduğu bildirilir.

Öz növbəsində, Qəzzadan da İsrailə raketlər atılır. Raketlərdən biri İsrailin cənubundakı Aşkelon şəhərində yerləşən fabrikə düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.