Azərbaycandakı Türkiyə hərbçiləri geri dönürlər

Bu gün türkiyəli heyətin yola salınması mərasimi keçirilib
Sputnik

BAKI, 5 may — Sputnik. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən keçirilən "Mustafa Kamal Atatürk-2019" Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin təntənəli yola salınması mərasimi keçirilib.

Xatırladaq ki, sözügedən mayın 1-dəbaşlayıb. Təlimin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılması olub.