RUSİYA

Polis jurnalisti döydü - VİDEO

Video görüntülərdən aydın olur ki, jurnalist qarışıqlığın arasından çıxmaq istəyərkən polis tərəfindən başından zərbə alır
Sputnik

BAKI, 5 may — Sputnik. Frransa mətbuatında polis zorakılığına dair görüntülər ortaya çıxıb. Sputnik Azərbaycan xəbər verir ki, görüntülərdə Fransa polisinin, aralarında "RİA Novosti"nin əməkdaşı Viktoriya İvanovanın da olduğu bir neçə nəfərə qarşı zorakılıq etdiyi əks olunur.

Məlumata görə, hadisə 1 may günü baş verib. 1 mayla əlaqədar meydana çıxan nümayişçilərə qarşı güc tətbiq olunub. Qarşıdurma zamanı xəsarət alanlara könüllü tibb işçiləri yardım ediblər.

Video görüntülərdən aydın olur ki, V.İvanova qarışıqlığın arasından çıxmaq istəyərkən polis tərəfindən başından zərbə alır. Onun geyiminin üzərindəki "Press" sözünə baxmayaraq, zorakılığa məruz qalır.

Jurnalist beynindən zədə alıb, ilkin müayinədən sonra ona zərbə endirən polisdən məhkəməyə şikayət edib. Rusiya Xarici İşlər Nazirliyi də rəsmi Parisdən "RİA Novosti"nin əməkdaşına qarşı baş verən zorakılığın araşdırılmasını tələb edib.