MƏDƏNİYYƏT

Macarıstanda ilk dəfə Azərbaycan Kitab Guşəsi açılıb

Azərbaycanlı müəlliflərin Azərbaycan və xarici dillərdə müxtəlif sahələr üzrə 200-yə yaxın tədris vəsaitləri və digər kitablar hədiyyə edilib
Sputnik

BAKI, 5 may — Sputnik. Macarıstanın Dunauyvaroş Universitetində “Azərbaycan Kitab Guşəsi” layihəsinin rəsmi açılış mərasimi oldu. Azərbaycan Macarıstan Gənclər Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, açılış mərasimində Azərbaycan Respublikasının Macarıstandakı səfiri  cənab Vilayət Quliyev, layihənin müəllifi və AHYU-nun idarə heyətinin üzvü Murad Aslanlı, adıçəkilən universitetin professor-müəllim heyəti və tələbələri iştirak ediblər. (AHYU) və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin birgə təşəbbüsü ilə ərsəyə gələn layihə çərçivəsində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən, Azərbaycan Texniki Universiteti və Bakı Mühəndislik Universitetindən əldə edilərək, Dunayvaroş Universitetinə, Azərbaycanlı müəlliflərin Azərbaycan və xarici dillərdə müxtəlif sahələr üzrə 200-yə yaxın tədris vəsaitləri və digər kitablar hədiyyə edilib. Guşədə həmçinin Azərbaycan mədəniyyətinə,nağıllarına, Qarabağ həqiqətlərinə dair kitablara da yer verilib.

“AMEA Mərkəzi Elmi Kitabxana Elmi Əsərlər” jurnalı nəşrə başlayır

Azərbaycan Respublikasının Macarıstandakı səfiri  cənab Vilayət Quliyev layihənin əhəmiyyətini vurğulayaraq  ilk dəfədir bir Macar Universitetində  “Azərbaycan Guşəsi”-nin yaradılması ilə  böyük sevinc hissi keçirdiklərini bildirib. Səfir V.Quliyev eyni zamanda bu layihənin iki ölkənin universitetləri arasında birgə əməkdaşlıqlarının gücləndirilməsinə aşkar nümunə olacağını qeyd elədi. ArdıncA AHYU-nun nümayəndəsi Murad Aslanlı təqdimatla çıxış edərək, ilk öncə təmsil etdiyi təşkilatın fəaliyyəti barədə danışıb , sonra isə layihə haqqında qonaqlara ətraflı məlumat verib.

Sonda isə Dunayvaroş Universiteti ilə Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb və rəmzi olaraq qırmızı lent kəsilərək guşə açıq elan edilib. Tədbir kollektiv xatirə şəklinin çəkdirilməsi ilə yekunlaşıb.