Ölən aktrisa ilə bağlı istintaq başladı

Prezidentin İctimaiyyətlə Əlaqələr Mərkəzinə 24 nəfər tərəfindən şikayət daxil olub
Sputnik

BAKI, 4 may — Sputnik. Türkiyənin sevilən mərhum aktrisası Ayşən Qruda ilə bağlı istintaq başanıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, istintaq əməliyyatının başlanılmasına səbəb son günlər sosial şəbəkələrdə aktrisa haqda təhqiramiz paylaşımların yayılmasıdır.

Bununla bağlı olaraq Prezidentin İctimaiyyətlə Əlaqələr Mərkəzinə 24 nəfər tərəfindən şikayət daxil olub. Prokurorluq isə artıq bu məlumatları yayan şəxslərin kimliyini müəyyənləşdirib. İstintaq davam edir.