BAKI, 4 may — Sputnik. Rusiyanın həyatından ən narazı və ən razı sakinlərin yaşadığı şəhərlərin adları açıqlanıb.
Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, Rusiya hökuməti yanında Maliyyə Universitetinin ekspertləri insanların həyatlarından razı olub-olmamaları mövzusunda araşdırma aparıb.
Məlumata görə, nəticədə müəyyən olub ki, həyatından razı olan insanların sayı 80 faizdən 73 faizə düşüb.
Şəhərlərə gəldikdə isə, həyatlarından razı olan rusiyalılar daha çox Vladivostokda (87 faiz) yaşayır. İkinci yerdə Tomsk (86 faiz), üçüncü yerdə isə Lipetsk və Orenburq (85 faiz) qərarlaşıb. Çita, Qroznı, Çerepovesdə yaşayanların 84 faizi öz həyatından razı olduğunu deyib. Voronej, Yaroslavl və Petrozavodsk sakinlərinin 70 faizi isə həyatından narazıdır.