HADİSƏ

Bayker öz ölümünü çəkib - VİDEO

Videogörüntüdə baykerin dostları ilə yarışa çıxdığı görünü
Sputnik

BAKI, 4 may — Sputnik. Tailandlı bayker ömrünün son anlarını videoya çəkib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, bu anları əks etdirən video sosial şəbəkələrdə paylaşılıb.

Videogörüntüdə baykerin dostları ilə yarışa çıxdığı görünür. Baykerin dəbilqəsinə quraşdırılmış kamera onun sürəti necə artırdığını çəkib. Saatda 260 kilometr sürətlə hərəkət edən bayker sonradan sürəti azaldıb qəzadan qurtulmaq istəsə də, deyəsən idarəetməni itirib. Qəza zamanı bayker yerindəcə dünyaslnı dəyişib.