RUSİYA

Pentaqon Türkiyəni hədələdi: Əgər Rusiyadan "Triumf"u alsan...

Patrik Şenahan: Əgər Ankara Rusiyanın S-400 "Triumf" zenit-raket komplekslərini alsa, ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin tədarükü proqramından tamamilə çıxaracaq
Sputnik

BAKI, 4 may — Sputnik. Əgər Ankara Rusiyanın S-400 "Triumf" zenit-raket komplekslərini alsa, ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcı-bombardmançı təyyarələrin tədarükü proqramından tamamilə çıxaracaq. Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, bunu jurnalistlərə Pentaqon başçısının səlahiyyətlərini icra edən Patrik Şenahan deyib.

Türk hərbçiləri "S-300" üçün Azərbaycana gəlir

O, Türkiyənin bu proqramda iştirakı ilə bağlı vəziyyəti "Lockheed Martin" və "United Technologies" kompaniyaları ilə müzakirə etdiyini qeyd edib.

"Görüşün nəticələrinə əsasən, ABŞ-ın mövqeyi dəyişməyib: Vaşinqton Ankaraya güzəştə getməyəcək və F-35 proqramının inkişafı nəzər-nöqtəsinə görə planlarını reallaşdıracaq" - deyə Patrik Şenahan bildirib.

Qurum rəhbəri Ankaranın bütün hallarda F-35 təyyarələri və S-400 zenit-raket kompleksləri arasında seçim etməli olduğunu vurğulayıb.

Pentaqon rəhbərinin vəzifələrinin icraçısı, eyni zamanda, Türkiyənin Birləşmiş Ştatların strateji tərəfdaşı olaraq qaldığını, həmçinin Rusiya və Amerika silahları ətrafında yaranan vəziyyətin ABŞ Hərbi Hava Qüvvələrinin İncirlikdəki bazasının vəziyyətinə təsir etməyəcəyini qeyd edib.

Ankara azı 100 ədəd "F-35 Lightning II" təyyarəsi almaq niyyətindədir. Sövdələşmə ABŞ-ın himayəsi altında hazırlanan və Ankaranın 2002-ci ildə qoşulduğu proqram çərçivəsində həyata keçirilir.

Müdafiə naziri S-300-lərin düşmənə tuşlandığı yeni hərbi hissəni açdı

Xatırladaq ki, 2017-ci ilin dekabr ayında Türkiyə və Rusiya S-400 "Triumf" zenit-raket komplekslərinə dair kredit sazişi imzalayıb. Sazişə əsasən, Ankara 2 zenit-raket batareyası alacaq. Tərəflər, həmçinin S-400 kompleksinin Türkiyədə istehsalı üçün texnoloji əməkdaşlıq barədə razılığa gəlib. ABŞ və NATO ölkələri bu sövdələşməyə görə Ankaranı dəfələrlə tənqid edib. Bu iddiaları əsassız adlandıran Türkiyə tərəfi isə S-400-lə bağlı məsələyə artıq nöqtə qoyulduğunu bildirib.

Uzaq məsafəli zenit raket sistemi - S-400 "Triumf" Rusiyada silahlanmaya 2007-ci ildə qəbul olunub. O, aviasiya vasitələrini, qanadlı raketləri, o cümlədən orta təsir radiuslu ballistik raketləri, həmçinin yerüstü obyektləri məhv etmək üçün nəzərdə tutulub. Rusiya Hərbi Kosmik Qüvvələri komandanlığından bildiriblər ki, silahlanmaya S-400 sistemləri üçün yaxın kosmosdakı hədəfləri vura biləcək raketlər də daxil edilib.