CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Oruc tutacaq şəxslərə həkim məsləhəti

İlkin olaraq ziyanlı qida və içkilərdən uzaq durmaq məsləhət görülür
Sputnik

BAKI, 3 may — Sputnik. Öncəki illərlə müqayisədə bu il Ramazan ayı yayın ən isti aylarına təsadüf etməyəcək. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bununla belə, həkimlər oruc tutanlara sağlamlıqlarında hansısa problem yaranmasın deyə öncədən xüsusi menyu hazırlayaraq ona əməl etməyi tövsiyə edirlər.

İlkin olaraq ziyanlı qida və içkilərdən uzaq durmaq məsləhət görülür. Çay, qəhvə, qazlı içkilər əvəzinə daha çox su içmək tövsiyə edilir. Bundan başqa ət yeməkləri, vitaminlə zəngin olan meyvə və tərəvəzlər yemək məsləhət görülür.