QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

"Ermənistan əhalisinin böyük əksəriyyəti ölkəni tərk edir"

Elmar Məmmədyarov: "Xaricdəki erməni diasporu zaman-zaman Ermənistana maliyyə yardımları edə bilər, lakin davamlı iqtisadiyyatı, sadəcə diasporun transferləri hesabına qurmaq qeyri-mümkündür"
Sputnik

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 3 may — Sputnik. "Sülhdən yaxşı heç nə yoxdur. Sülh sabitliyin, davamlı inkişafın qarantıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində, "BMT sistemində sülh naminə çoxtərəflilik və diplomatiyanın gücləndirilməsi" adlı panel sessiyada çıxışı zamanı deyib. 

Dövlət başçısı Qarabağ münaqişəsinin həllindən danışdı

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar artıq 30 ilə yaxındır davam edir. Mən erməni rəsmiləri və vətəndaşları ilə söhbət edərkən onlardan soruşuram ki, "Ermənistan Dağlıq Qarabağ münaqişəsindən nə əldə edib? Siz buna dair ən azı bir arqument gətirə bilərsinizmi?" Heç bir münaqişə müsbət, davamlı inkişafı təmin edə bilməz" - deyə XİN başçısı bildirib.

"Məsələn, Ermənistan nümunəsində biz görürük ki, bu ölkədə yoxsulluq səviyyəsi 40% civarındadır. Ermənistan əhalisinin böyük əksəriyyəti ölkəni tərk edir. Ermənistanda ölkənin gələcəyinə artıq inanmırlar. Ermənistan əhalisinin ən zəkalıları belə, ölkəni tərk edirlər" - o vurğulayıb.

Məmmədyarov qeyd edib ki, bununla yanaşı, sadə ermənilər söhbət zamanı diasporun onlara kömək edəcəyini bildirirlər: "Lakin fakt faktlığında qalır. Ermənistanın xaricdə olan diaspor nümayəndələrindən hansısa biri ölkənin gələcəyinə inanıb bu ölkəyə geri qayıdıbmı? Çünki onlar özləri belə, ölkənin gələcəyinı inanmırlar".

"Düzdür, xaricdə olan erməni diasporu zaman-zaman Ermənistana maliyyə yardımları edə bilər, lakin davamlı iqtisadiyyatı, sadəcə diasporun transferləri hesabına qurmaq qeyri-mümkündür" - deyə nazir əlavə edib.