“Azerbaijan Fashion Week”in artıq üçüncü gününə girmişik. İki gün ərzində yerli və xarici dizaynerlər bizi olduqca rəngarəng və fərqli kolleksiyalarla sevindiriblər. Bu cür nümayişlər çox vaxt modellərin koordinasiyalı işi, geyimlərin dəqiq seçilməsi və izləyicilərin gur alqışları ilə yadda qalır.
Bəs səhnə arxasında nə baş verir? Son anda paltarların ütülənməsi, modellərin ora-bura qaçışmaları və dizaynerlərin son dəqiqə geyim üzərində işləri. Bu dəfə Sputnik Azərbaycan-ın çəkiliş qrupu məhz bunları lentə alıb.
Qeyd edək ki, bu gün, mayın 3-ü “Azerbaijan Fashion Week”in son günüdür. Sputnik Azərbaycan-ın isə dəb həftəsinin informasiya tərəfdaşı kimi qonaqlar üçün hazırladığı video kabinə son günə kimi işinə davam edəcək. Bu kabinədə dəb sevərlər özlərini əsl model kimi podiumda hiss edə bilir, sonda isə 20 saniyəlik kreativ video çarx əldə edirlər.