BAKI, 3 may - Sputnik. Bu gün Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Sputnik Azərbaycan “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kreml rəhbərinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Söhbət zamanı liderlər Şimali Koreya və Venesueladakı vəziyyət, habelə, ABŞ, Rusiya və Çin arasında imzalanması ehtimal edilən yeni nüvə sazişi ilə bağlı məsələlər ətrafında müzakirə aparıblar.