RUSİYA

Qonşuda millət vəkili baş həkimi qaçırıb

Qaşırılmış qadın Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olub.
Sputnik

BAKI, 1 may — Sputnik. İnquşetiyanın xalq yığıncağının deputatı, respublika sakinini evlənmək məqsədilə qaçırıb.

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, hadisə Malqobek rayonunda baş verib. Qaçırılmış qadın Rayon Mərkəzi Xəstəxanasının keçmiş baş həkimi olub.

Məlumatda bildirilir ki, problem respublikanın ağsaqqalları tərəfindən həll edilib və mayın 2-ə toy təyin edilib. Deputat 200 min rubl (5259 manat) məbləğində, ona kömək edən şəxslər isə 100 min rubl (2629 manat) cərimə ediləcək.

Şimali Qafqazda qız qaçırma ənənəsinin qədim kökləri var. İnquşetiya deputataları bu ənənənin aradan qaldırılması üçün dəfələrlə çıxış edib.