Gələn tədris ilindən başlayaraq Azərbaycanda 4 və 8-ci sinif şagirdlərinin dini biliklərin daha geniş şəkildə yer aldığı yeni "Həyat bilgisi" dərsliklərindən istifadə etməsi nəzərdə tutulur.
Təhsil eksperti Məlahət Mürşüdlü Sputnik Azərbaycan-a deyir ki, insanlar din dərsi adı altında nəyi müzakirə etdiklərini anlamırlar, ancaq dünya təhsil sistemində bununla bağlı təcrübələr var:
“Məsələn, Türkiyə təcrübəsində buna mənəviyyat dərsi deyirlər, konkret olaraq din dərsi demirlər. Bu dərsdə dindar yetişdirmirlər. Əgər bu dərslərin keçilməsi üçün dərsliklər İslamın simvolları əsasında tərtib olunacaqsa və dərsləri keçə biləcək kadr potensialımız varsa, niyə də olmasın?!”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz