VİDEO

Azərbaycan Dəb Həftəsində hər qonaq özünü model kimi hiss edə bildi

Azərbaycan Dəb Həftəsinin 9-cu mövsümü artıq işinə başlayıb. Nümayişin ən maraqlı məqamlarını Sputnik Azərbaycan-ın videosunda izləyin.
Sputnik

Bu mövsümdə özlərinə ad qazanmış Alex Chzhen, Tamara Lamanukaeva və Leonid Zherebtsov kimi dizaynerlərin konsepsual kolleksiyaları nümayiş etdiriləcək. Rusiya, Gürcüstan, Ukrayna, Türkiyə və Tacikistandan olan modelyerlərlə yanaşı azərbaycanlı sənətkarlar da dəb həftəsində öz sözünü deyib.

“Azerbaijan Fashion Week”: İncəsənət dəblə qovuşanda

Nümayişlərdən başqa, ənənəvi olaraq dəb həftəsi çərçivəsində butik sahiblərinə şourumda öz alıcıları və dəb sevərlərlə birbaşa ünsiyyət qurmaq imkanını yaradılacaq.

Sputnik Azərbaycan dəb həftəsinin informasiya tərəfdaşı olduğuna görə bu mövsümdə qonaqlar üçün xüsusi videokabinə tərtib edib. Burada hər kəs özünü əsl ulduz kimi hiss edə, axırda isə öz iştirakı ilə kreativ video əldə edib. Videokabinə dəb həftəsinin sonuna qədər öz işinə davam edəcək. 

Qeyd edək ki, “Azerbaijan Fashion Week” mayın 3-də yekunlaşacaq.