İQTİSADİYYAT

Avropa Birliyi Birləşmiş Ştatların qərarına qarşı çıxdı

Federika Mogerini ABŞ-dan narazıdır
Sputnik

BAKI, 2 may — Sputnik. ABŞ-da, Kubada fəaliyyət göstərən əcnəbi şirkətlərə məhkəmə iddiası qaldırmağa imkan verəcək qanun qüvvəyə minib. Yeni qanun Avropa qitəsində xoş qarşılanmayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Avropa Birliyinin Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə təmsilçisi Federika Mogerini yeni qanunla bağlı yazılı açıqlama verib. Mogerini AB adından bunu beynəlxalq normalara zidd hesab etdiyini deyib.

Mogerini qeyd edib ki, yaranan problemlə əlaqədar olaraq onlar məsələni hüquqi müstəvidə həll etmək üçün, hətta Dünya Ticarət Təşkilatındakı hüquqlarından istifadə edəcəklər.