BAKI, 2 may — Sputnik. Rusiyalı turistlərə Hindistanda donuz qripinin yayılması ilə bağlı xəbərdarlıq edilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, məlumatda turistlərə peyvənd edilmənin vacibliyi vurğulanıb.
Hindistan Səhiyyə Nazirlyinin məlumatına görə, ən böyük ştat hesab edilən Racəstanda yanvar ayının sonunda 1,1 min yoluxma baş verib və 49 nəfər ölüb.
Eyni zamanda Hindistanın cənubundakı Telenqan ştatında 300 yoluxma faktının 13-ü ölümlə nəticələnib. Bununla yanaşı, xəstəlik Madhya Pradeş, Qərbi Benqaliya və Orissada qeydə alınıb. Bir neçə nəfər xəstəlikdən ölüb.
Ancaq xəstəliyin ən çox yayılması mərkəzi Maharaştra ştatında müşahidə edilib. Burada ilin əvvəlindən 1300 nəfər xəstəliyə yoluxub.