Nikolas Maduro çevriliş cəhdinin arxasında duranları ifşa etdi

Venesuela prezidenti çevriliş cəhdinin arxasında dayanan qüvvələrdən danışdı
Sputnik

BAKI, 2 may — Sputnik. Venesuela prezidenti Nikolas Maduro çevriliş cəhdinin arxasında kimin dayandığını açıqlayıb. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, keçirdiyi görüşlərdən birində Maduro bu haqda danışıb.

"Ötən gün Avropaya məxsus qəzetlərin birində ABŞ prezidenti Donald Tramp və Con Boltonun hərbi çevrilişlə bağlı bütün əməliyyatları nəzarətə almasından yazılmışdı. Bir müdət öncə baş verən çevrilişin arxasında da elə bu qüvvələr dayanır" - Maduro deyib.

Bir neçə gün öncə Venesuelada uğursuz hərbi çevriliş cəhdi olub. Çevrilişə cəhd özünü Venesuela prezidenti elan etmiş Xuan Quaydoya yaxın hərbçilər tərəfindən edilib.