HADİSƏ

Gözəllik müsabiqəsinin iştirakçısı traktorun altında qalıb öldü

Morqan Rollanın cəsədi helikopterlə daşınıb
Sputnik

BAKI, 2 may — Sputnik. "Fransa gözəli" gözəllik müsabiqəsinin iştirakçısı 22 yaşlı Morqan Rollan traktorun altında qalaraq ölüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, hadisə Voşet şəhərinin Luara adlanan ərazisində baş verib.

Faciə qız velosipedlə gedən zaman baş verib. Anidən onun yoluna avtomobil çıxıb, qız avtomobildən yayınsa da, idarəetməni itirib.

Yerli mətbuatın məlumatına görə, qızın velosipedi traktorla onun qoşqusunun arasına düşüb.

Hadisənin şahidi olan gənc oğlana və traktorun sürücüsünə psixoloji yardım göstərilib. Çünki onlar bu hadisədən şoka düşüblər.

Morqan Rollanın cəsədi helikopterlə daşınıb.