HADİSƏ

Bakıda sərxoş sürücü 14 avtomobili əzdi - VİDEO

Artıq zərərçəkən sürücülərin Binəqədi Rayon Polis İdarəsinə dəvət olunaraq izahatları alınıb
Sputnik

BAKI, 2 may — Sputnik. Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küçəsi bina 56-57 ərazisində qəribə hadisə baş verib. Sputnik Azərbaycan Avtosfer-ə istinadən xəbər verir ki, yaşayış binasının qarşısında park edilmiş avtomobillərdən biri (Toyota Land Cruiser markalı - red.) qəfildən hərəkət edib.

Bakıda sərxoş sürücü 14 avtomobili əzdi - VİDEO

Kadrlardan görünür ki, sürücü avtomobili qabağa-dala verir. Daha sonra isə həmin avtomobil dayanacaqda dayanmış avtomaşınları əzməyə başlayır. Sonda isə "Land Cruiser"in sürücüsü heç nə olmamış kimi avtomobildən düşərək gedir. Onun sərxoş və ya narkotik təsiri altında olduğu ehtimal olunur.

Artıq zərərçəkən sürücülər Binəqədi Rayon Polis İdarəsinə dəvət olunublar və onların izahatları alınıb.