CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı may bayramı günlərində səyahət üçün MDB-nin ən yaxşı şəhəri hesab edilib

Rusiyalı turistlərin may bayramında MDB ölkələrinə və yaxın xaricə turist səyahəti reytinqində Azərbaycan, Belarus və Qazaxıstan liderlik edir
Sputnik

BAKI, 2 may — Sputnik. Bakı 2019-cu ilin may bayramı günlərində turistlərin səyahəti üçün Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin ən yaxşı şəhərləri reytinqinə düşüb. Sputnik Azərbaycan-ın məlumatına görə, reytinqi Rusiyanın TurStat Analitik Agentliyi müəyyənləşdirib.

TurStat-ın məlumatına görə, rusiyalı turistlərin may bayramında MDB ölkələrinə və yaxın xaricə turist səyahəti reytinqində Azərbaycan, Belarus və Qazaxıstan liderlik edir.

Allahverənov: “Rusiya ilə münasibətlərimiz turist sayında öz əksini tapır”

Cari ilin may ayında turistlərin səyahət etməyə üstünlük verdiyi MDB şəhərlərinin Top-10-luğu belədir: Bakı, Minsk, Nur-Sultan, Yerevan, Alma-Ata, Daşkənd, Bişkek, Kişinyov, Düşənbə və Aşqabad.

MDB şəhərlərinin reytinqi mayda turizm səfərləri üçün populyar olan yerlərin analizi nəticəsində tərtib edilib. Adətən turistlər mayda MDB şəhərlərinə 3-5 günlüyünə səyahət edirlər. Həmin müddətdə onlar bir günlük qidalanma və gecələmə üçün 60-120 dollar arası vəsait xərcləyirlər.

Turistlər şopinq və alış-veriş etmək üçün Bakıya üstünlük verirlər. Lakin MDB şəhərləri arasında turistlər üçün ən ucuz yer Moldovanın paytaxtı Kişinyov sayılır.