CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda dəfnlərin vahid dövlət reyestri olacaq

Dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq
Sputnik

BAKI, 2 may - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının Ailə Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Sputnik Azərbaycan-ın xəbərinə görə, dəyişikliyə əsasən, Ailə Məcəlləsinə 196-cı maddə (Dəfnlərin reyestri) əlavə edilib.

Həmin maddəyə əsasən, Azərbaycanda dəfnlərin vahid dövlət reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq.