"Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsi olmayacaq"

Nikolas Maduro: "Müxalifət ölkədə şou düzəltmək istəyir"
Sputnik

BAKI, 1 may — Sputnik. "Venesuela xalqı inqilabi sarsıntılar istəmir". Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Nikolas Maduro deyib.

"Venesuela müxalifəti Respublikada şou düzəltmək istəyir. Venesuela xalqı isə sülh içində yaşamaq istəyir" - deyən Maduro vurğulayıb ki, "Venesuela heç vaxt ABŞ-ın müstəmləkəsi olmayacaq".

Qeyd edək ki, ötən gün Venesuelada növbəti dövlət çevrilişi cəhdinin olmasına dair məlumat yayılıb. Venesuela rəhbərliyi müxalifətlə bağlılığı olan kiçik qrupdan ibarət hərbçilər tərəfindən həyata keçirilən hərbi çevrilişin yatırılması üçün addımlar atır. 

Tramp və Putin Venesuelada baş verənləri diqqətlə izləyir

Bunu öz "Twitter" səhifəsində Venesuelanın İnformasiya naziri Xorxe Rodriqes bildirib. Venesuela müxalifətinin lideri Xuan Quaydo isə Nikolas Maduro rejiminin devrilməsinə yönələn "Azadlıq" əməliyyatının yekun fazasının başladığını bəyan edib.

Xatırladaq ki, yanvarın 23-də Venesuelada müxalifət lideri, parlamentin sədri Xuan Quaydo özünü müvəqqəti prezident elan edib. Amerika qitəsindəki 34 ölkə onun prezidentliyini tanıyıb. Rusiya və daha bir neçə ölkə isə Maduronu dəstəklədiyini bildirib.

Fevralın 1-də Quaydo bəyan edib ki, Venesuelada hakimiyyət dəyişikliyi bu ölkənin ən böyük kreditorları olan Çin və Rusiyanın da xeyrindədir. Onun fikrincə, Bolivar Respublikasının qanuni prezidenti Nikolas Maduro heç kimin maraqlarını qoruya bilmək iqtidarında deyil.