CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Facebook" rəqəmsal qəbiristanlığa çevriləcək

Dünyada hər gün 8 min sosial şəbəkə istifadəçisi ölür
Sputnik

BAKI, 1 may — Sputnik. Böyük Britaniyanın Oksford Universitetində həyata keçirilən bir araşdırma zamanı məlum olub ki, 50 ilə "Facebook"da ölü istifadəçilərin sayı yaşayan istifadəçilərin sayından çox olacaq.

Sosial şəbəkə "bəyənmə"ləri yığışdırır

Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, araşdırmaya görə, ölən istifadəçilərin sayı sürətlə artır. 2004-cü ildə yaradılan və bu günə qədər 2 milyard istifadəçisi olan sosial şəbəkənin 2012-ci ildə 30 milyon ölmüş istifadəçisi var idi.

Dünyada hər gün 8 min sosial şəbəkə istifadəçisi ölür. "Facebook"un 2018-ci il məlumatlarına istinadla aparılan araşdırmaya əsasən, yüzilliyin sonuna qədər şəbəkənin ölü istifadəçilərinin sayı 4,9 milyard ola bilər.

2018-ci ildən istifadəçi sayı artmayacağı təqdirdə isə ölmüş istifadəçi sayı ən az 1,4 milyard olacaq. Araşdırmaçılar zamanla "Facebook"un rəqəmsal məzarlığa çevriləcəyini ehtimal edirlər.