May ayında qeyri-iş günlərinin sayı bəlli oldu

Mayın 9-u və 28-i qeyri-iş günü hesab edilir
Sputnik

BAKI, 1 may — Sputnik. May ayında iki gün qeyri-iş günü olacaq. Bu barədə Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Məlumata görə, Qələbə günü və Respublika günü ilə əlaqədar müvafiq olaraq may ayının 9-u (həftənin cümə axşamı günü) və 28-i (həftənin çərşənbə axşamı günü) qeyri-iş günü hesab edilir.