Baş Nazirdən sonra Ermənistan prezidenti də məzuniyyətə getdi

O, ölkə xaricində istirahət edəcək
Sputnik

BAKI, 1 iyun — Sputnik. Ermənistan Prezidenti Armen Sarkisyan məzuniyyət çıxıb. Sputnik Ermənistan xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin İctimaiyyətlə Əlaqələr üzrə İdarəsi məlumat yayıb.

Sarkisyan məzuniyyətdə iki gün (31 may və 3 iyun) olacaq. Onun bu günlərdə ölkə xaricində olacağı bildirilir.

Xatırladaq ki, Ermənistanın Baş Naziri Nikol Paşinyan mayın 30-u özünün məzuniyyətə göndərilməsi haqqında sərəncam imzalayıb.

Paşinyanın məzuniyyətdə olduğu vaxtda Ermənistanın Baş Naziri səlahiyyətlərini baş nazirin müavini Tiqran Avinyan həyata keçirəcək.