CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Beynəlxalq Zəhmətkeşlər Bayramı

1 May bayramı keçmiş SSRİ-də böyük şövqlə qeyd olunub
Sputnik

BAKI, 1 may — Sputnik. Mayın 1-i Beynəlxalq Əmək Günü qeyd olunur. 

1 May tarixinin manifestasiyalarla Beynəlxalq zəhmətkeşlər bayramı kimi anılması qərarı ilk dəfə II İnternasionalın 1889-cu ilin iyulunda keçirilən Paris Konqresində verilib. Buna qədər isə 1886-cı ilin 1 mayında artıq Çikaqoda həmkarlar ittifaqları 8 saatlıq iş günü tələbi ilə nümayişlər təşkil etmişdi. 

Lakin istər Amerika, istərsə də Avropada 1 May bayramdan çox zəhmətkeşlərin həmrəyliyi, fəhlələrin keçirdiyi nümayişlərin zorakılıqla dağıdılması ilə tarixdə özünə yer qazanmış oldu. Fəhlə sinfinin burjuaziyaya qarşı birgə mübarizəsi Fransada 1936-cı ildə əmək hüquqlarının təkmilləşdirilməsi, Marşal Peten hakimiyyətinin 1 May tarixini 1941-ci ildə əmək günü elan etməsi, 1947-ci ildə isə bayram statusu verməsi ilə nəticələndi.