CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda "Azerbaijan Fashion Week" start götürüb

Müxtəlif ölkələrdən dizaynerlərin qatıldığı ən çox gözlənilən Azərbaycan Moda Həftəsinin açılışı uğurla keçib
Sputnik

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 1 may - Sputnik. Ölkənin rəsmi moda həftəsi - Azerbaijan Fashion Week-in doqquzuncu mövsümünün ilk günü Daş Salnamə Muzeyində yüksək səviyyədə start götürüb.

Bakıda "Azerbaijan Fashion Week" start götürüb

Açılış mərasimində hər il bu layihəni səbirsizliklə gözləyən çox sayda moda nümayəndələri iştirak edib.

Qonaqlar əvvəlcə artıq ənənə halını almış, butik, bayer sahiblərinə dizaynerlərlə birbaşa əlaqə saxlamaq, mövsümün yenilikləri barədə öyrənmək imkanı verən Showroom Аzerbaijan Fashion Week-lə tanış olublar. Bütün bunlarla yanaşı, özləri üçün yeni adları kəşf etməyə, vasitəçilərin uzun zəncirini adlayaraq qarderob üçün yeni şeylərə baxmağa və axtarış üçün vaxta qənaət etməyə fürsət qazanıblar.  

Bakıda "Azerbaijan Fashion Week" start götürüb

“Hər il biz bakılıları təəccübləndirməyə çalışırıq. Buna görə də nümayiş üçün fərqli məkanlar seçirik. Və artıq üçüncü dəfə qərara almışıq ki, Daş Salnamə Muzeyi seçimi üzərində dayanaq” – deyə layihənin art-direktoru Sayat Dossıbayev bildirib.

"Məqsədimiz müxtəlif ölkələrin istedadlı modelyerlərini bir araya gətirmək və onların işlərini nümayiş etdirmək üçün meydança yaratmaqdır. Şadam ki, Azərbaycan modasının inkişafında irəliləyiş müşahidə olunur və bir çox milli dizaynerləri hətta ölkə xaricində də tanıyır və onları xaricdəki moda nümayişlərinə dəvət edirlər. Bu isə o deməkdir ki, biz əbəs yerə əmək sərf eləmirik” – Dossıbayev əlavə edib.

Bakıda "Azerbaijan Fashion Week" start götürüb

Onun sözlərinə görə, bütün nümayişlərin maraqlı olacağına söz verirlər, çünki təşkilatçılar dizaynerlərdən xahiş ediblər ki, özlərinin ən yüksək səviyyəli kolleksiyalarını təqdim etsinlər. Ən əsası isə, elə etsinlər ki, bütün kolleksiyalar orijinal olsun.

Bu dəfə Moda Həftəsinin ən vacib məqamlarından biri də layihənin yeni tərəfdaşının Tajikistan Fashion Week olmasıdır. 

“Biz Tacikistanda Moda Həftəsi keçirərkən, azərbaycanlı dizaynerləri ora dəvət eləmişdik və onlar öz kolleksiyalarını yüksək səviyyədə təqdim etdilər. Bu dəfə isə biz qərara gəldik ki, öz tacik modelyerlərimizi Bakıya gətirək və bakılılar onların geyimləri ilə tanış olsunlar. Biz gələcəkdə də Azerbaijan Fashion Week-lə əməkdaşlığı davam etdirmək niyyətindəyik” – deyə Tajikistan Fashion Week-in yaradıcısı və direktoru Tahir İbrahimov bildirib.

Bakıda "Azerbaijan Fashion Week" start götürüb
  

Moda həftəsi çərçivəsində qadın və uşaq geyimləri sahəsində öz yerini tutmuş qazaxıstanlı dizayner Tamara Lamanukayevanın kolleksiyası nümayiş etdiriləcək. Aleks Çjen də ilk dəfə olaraq xüsusi uşaq geyiumləri bloku çərçivəsində uşaq kolleksiyasını təqdim edəcək.

Bakı publikasının nümayişini xüsusi səbirsizliklə gözlədiyi Leonid Jerebtsov növbəti dəfə çox maraqlı konsepsiya hazırlayıb. Onun yeni kolleksiyası plastik cərrahiyyə əməliyyatının qurbanlarına həsr edilib. Dizaynerin əvvəlki nümayişlərinin xüsusi atmosferini nəzərə alaraq, inamla söyləyə bilərik ki, podiumda yenidən olduqca qeyri-adi bir şey göstəriləcək.

Bakıda "Azerbaijan Fashion Week" start götürüb

Burada Rusiya, Ukrayna, Türkiyə, Gürcüstan və Tacikistandan olan dizaynerlər də öz samballı sözlərini deyəcəklər. Digər xoş və müsbət hallardan biri də odur ki, həftədə böyük sayda azərbaycanlı dizaynerlər iştirak edəcəklər. Və bu dəfə də moda dünyasından ən maraqlı və rəngli yerli adlar ictimaiyyətə təqdim ediləcək.

Dizaynerlərin işlərinin nümayişi 2-3 may tarixlərində davam edəcək.  

Qeyd edək ki, Azerbaijan Fashion Week ildə iki dəfə - may və noyabr aylarında keçirilir. Onun əsas məqsədi Azərbaycanda böyüməkdə olan moda sənayesinin populyarlaşdırılması və istedadlı dizaynerlərin işlərini nümayiş etdirmək üçün şəraitin yaradılmasıdır. Tədbir Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilir.

Sputnik Azərbaycan Azerbaijan Fashion Week-in informasiya tərəfdaşıdır.