BAKI, 1 may - Sputnik. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Qarabağ Komitəsinin mayın 4-nə, Milli Şuranın isə mayın 5-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, BŞİH-də müraciətlərə baxılıb və hər iki siyasi qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.
Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.