Tarixin şahidi "özünə gəlməyə" başlayıb

Ölkənin məşhur simvollarından olan qüllənin əyriliyinin son 20 ildə 4 santimetr düzəldiyi deyilir
Sputnik

BAKI, 30 aprel — Sputnik. İtaliyada yerləşən məşhur Piza qülləsinin əyriliyi bir qədər aradan qalxıb. Sputnik Azərbaycan-ın xarici mətbuata istinadən xəbərinə görə, bu haqda yerli alimlər məlumat veriblər.

Ölkənin məşhur simvollarından olan qüllənin əyriliyinin son 20 ildə 4 santimetr düzəldiyi deyilir. 800 ildən sonra ilk dəfə olaraq 1990-cı ildə çökmə təhlükəsi ilə üz-üzə qaldığı üçün buraya ziyarətçilərin girişi qadağan edilmişdi. 1993-2001-ci illərdə isə qüllənin əyriliyinin aradan qaldırılması üçün bir qrup mütəxəssis bu işə cəlb olunub.

Qeyd edək ki, 199 il inşası davam edən və 1173-cü ildə ucaldılan qüllə 5 ildən sonra sola doğru əyilməyə başlayıb. Turistlərin böyük maraq göstərdiyi bu qüllə 1987-ci ildən UNESCO-nun milli mədəni irsinə daxildir.