RUSİYA

Kreml Qələbə paradında xarici ölkə başçılarının olmaması məsələsinə aydınlıq gətirdi

Mətbuat katibi xatırladıb ki, gələn il Qələbənin 75 illiyi qeyd olunacaq
Sputnik

BAKI, 30 aprel — Sputnik. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Vətən Müharibəsində Qələbənin 74-cü ildönümü münasibəti ilə keçiriləcək paradda xarici ölkə liderlərinin olmaması məsələsinə aydınlıq gətirib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir. Peskov deyib ki, bu il hər hansı xüsusi dəvət olmayıb.

"Adətən xarici ölkə liderləri yubiley tədbirlərinə dəvət olunur", - deyə Peskov vurğulayıb.

Mətbuat katibi xatırladıb ki, gələn il Qələbənin 75 illiyi qeyd olunacaq: "Biz hamımız çox önəmli və böyük yubiley tarixini qeyd edəcəyik. Gələn il həqiqətən özəl olacaq. Bu il isə yubiley tarixi deyil. Biz yubiley olmayan bayramlara ölkə başçılarını dəvət etmirik".