BAKI, 30 aprel — Sputnik. Yaponiya baş naziri Sindzo Abe rəsmi olaraq imperator Akihitonun taxtdan imtina etdiyini bəyan edib. Bu barədə Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir.
"Əlahəzrət qanunun normalarına uyğun olaraq bu gün öz səlahiyyətlərindən imtina edir", - deyə sənəddə bildirilir.
Abe Yaponiya xalqının adından imperator Akihito və onun xanımı Mitikoya dərin minnətdarlıq bildirib.
Qeyd olunur ki, İmperator sarayının "Şam zalı"nda mərasim keçiriləcək.
Akihitonun oğlu Naruhito mayın 1-dən Yaponiyanın yeni imperatoru olacaq və öz ailəsi ilə birgə İmperator Sarayına köçəcək.