CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeni terror aktları ola bilər – ABŞ səfirliyi xəbərdarlıq etdi

ABŞ hesab edir ki, qruplaşmaların aktiv hissəsi hələ də neytrallaşdırılmayıb
Sputnik

BAKI, 30 aprel — Sputnik. Birləşmiş Ştatlar hesab edir ki, Pasxa günü kilsəyə hücum etməkdə şübhəli bilinən silahlı qruplaşmalar hələ də aktiv şəkildə Şri-Lankada yeni terror aktları törədə bilərlər. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu ABŞ-ın bu ölkədəki səfiri Elaina Teplits bildirib.

"Biz inanırıq ki, terror təhlükəsi hələ də mövcuddur. Pasxa günü terror hücumlarında iştirak edən şəxs hələ də azadlıqda ola bilər", - deyə E.Teplits vurğulayıb.

Onun sözlərinə görə, ABŞ hesab edir ki, qruplaşmaların aktiv hissəsi hələ də neytrallaşdırılmayıb.

Qeyd edək ki, ötən həftə Şri-Lankada Pasxa bayramında kilsə və hotellərdə 9 partlayış törədilib. Partlayışlar nəticəsində 260 nəfər həyatını itirib, 500-dən çox insan isə yaralanıb. Terror hücumlarına görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.