CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bu hissəsinə gedən yol bağlanır

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur
Sputnik

BAKI, 30 aprel — Sputnik. Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 30-dan may ayının 1-nə keçən gecədən etibarən Bakı şəhəri, Binəqədi rayonu Biləcəri qəsəbəsinin Biləcəri enişi adlanan yolunun dairəyə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Məlumata görə, məhdudlaşma 1 may tarixində axşam saatlarınadək davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

AAYDA yarana biləcək narahatlığa görə üzr istəyir.