CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MDB-nin Aeronaviqasiya provayderləri Düşənbədə görüşüb

KŞ və "Avrasiya" EKQ-nin 37-ci müşavirəsi cari ilin sentyabrında Qazaxıstanda keçiriləcək
Sputnik

BAKI, 30 aprel — Sputnik. 23-26 aprel 2019-cu il tarixində Düşənbədə (Tacikistan) MDB dövlətlərinin aeronaviqasiya xidməti göstərən provayderlərini birləşdirən "Avrasiya" ekspertlər qrupunun Koordinasiya Şurası və Koordinasiya qrupunun 36-cı müşavirəsi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, müşavirənin işində Azərbaycan, Ermənistan, Belorusiya, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistanın aeronaviqasiya müəssisələrindən əlliyədək nümayəndə iştirak edib.

Bununla yanaşı, tədbirə aeronaviqasiya sənayesinin, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının və Dövlətlərarası Aviasiya Komitəsinin nümayəndələri də qatılıblar.

Heydər Əliyev Beynəlxalq Hava Limanı ən yaxşı aeroport seçilib

Şurada Rusiya Federasiyasını "Rusiya Federasiyasında Hava Hərəkətinin təşkili üzrə Dövlət Korporasiyası" FDUM-un baş direktoru İqor Moiseyenkonun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Tədbir zamanı "Avrasiya" ekspertlər qrupunun Koordinasiya Şurasının üzvləri öz müəssisələrinin son altı ay ərzindəki fəaliyyəti haqqında hesabat veriblər, ekspertlərin Koordinasiya qrupunun işinin nəticələri haqqında məruzəni dinləyiblər. Həmçinin aeronaviqasiya sahəsində qarşılıqlı fəaliyyətin texniki məsələləri müzakirə edilib.

İqor Moiseyenko RF HHTDK-nın fəaliyyətinə dair hesabatla çıxış edib. Hesabatda 2018-ci ilin nəticələrinə əsasən Rusiyanın hava məkanında hərəkətin həcminin artmasından bəhs edilib. O, hava hərəkətinin idarə olunması mərkəzlərinin təmərküzləşdirilməsi, RF HHTDK-nın Tümen və Yekaterinburq birləşdirilmiş mərkəzlərinin istismara verilməsindən danışıb, Krasnoyarskda XXIX Qış Universiadasının keçirilməsi zamanı hava hərəkətinin təşkili təcrübəsini bölüşüb.

Nümayəndələr və qonaqlar tədbirin ənənəvi olaraq yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər və tədbirə ev sahibliyi edən "Tacikaeronaviqasiya" DUM-nə minnətdarlıqlarını bildiriblər. KŞ və "Avrasiya" EKQ-nin 37-ci müşavirəsi cari ilin sentyabrında Qazaxıstanda keçiriləcək.