HADİSƏ

Eyni yolda iki gün dalbadal qəza baş verir

Faktla bağlı araşdırma aparılır
Sputnik

BAKI, 30 aprel - Sputnik. Gəncə-Daşkəsən avtomobil yolunda yol-nəqliyyat hadisəsi olub. "Report"un məlumatına görə, hadisə avtomobil yolunun Göygöl rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qəza zamanı 54 yaşlı Akif Əsgərov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, həmin avtomobil yolunda dünən də avtomobil qəzası baş verib və 8 nəfər ölüb.